METBUAT.AZ

İqtisadiyyat

Özəl

7 iyl 2023 12:31

Milli Məclisin 6 iyul 2023-cü il tarixində keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.

Məqsəd Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırmaqdır.

2016-cı ildə baş vermiş devalivasiya sonra valyuta bazarındakı vəziyyəti nəzarət altında saxlaya bilməyən hökümətin "exchange"lərin fəaliyyətini məhdudlaşdıran sərt qaydalar müəyyən etdiyini xatırladan iqtisadçı-ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirdi ki, hazırda ölkədə həm turizmi inkişafı, həm də insanlara daha yaxşı xidmət göstərmək istəyindən irəli gələrək valyutadəyişmə məntəqələrinin açılmasına şərait yaradır:


“Bu sahədə rəqabətin olması olduqca vacibdir. Yalnız bir neçə qurumun əlində olan bu bazara digər oyunçuları cəlb etmək üçün şərtlər müəyyənləşdirildi. “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklik qaydaların sərtləşdirilməsi deyil, müəyyənləşdirilməsidir. Yeni dəyişikliklərdə ən böyük kriteriya üçillik audit rəyinin tələb olunmasıdır. Yəni, valyuta mübadilə məntəqəsi üçün lisenziya istəyən şirkətlərinən azı üç-dörd il fəaliyyət göstərib müsbət audit rəyləri olması vacibdir. Yalnız bu halda inzibati orqan Mərkəzi Bank, ona icazə verib verməmək haqqında düşünəcəkdir. Lisenziyalı fəaliyyətə icazə üçün ilkin şərtlər müəyyənləşməlidir. Yeni qaydaları daha proqressiv hesab edirəm. Valyuta mübadiləsi kifayət qədər ciddi prosesdir. Nəticədə, valyuta bazarına təsir göstərən elementlərdən biri sayılır. Bunun üçün də müəyyən şərtlər və qaydaların olması tamamilə normal sayılır”.

İqtisadçı-ekspert Natiq Cəfərli devalvasiyaya qədər liberal və daha çox oyunçu olan sahələrdən birinin valyutadəyişmə məntəqələri olduğunu qeyd edərək vurğuladı ki, qanuna təklif edilən dəyişiklik əksinə, bir neçə oyunçunun bazarda qalmasına səbəb olacaq:

“Çünki fiziki şəxslər faktiki olaraq bu qərarla valyutadəyişmə məntəqələrini açmaqda maraqsız olacaqlar. Bu səbəbləri qarşılamaq və pul qazanmaq üçün həddindən artıq sərt tələblər qoyulub. İstənilən biznesdə pul qazanmaq hədəf kimi qarşıya qoyulur. Ola bilsin ki, bir neçə institusional, yəni geniş şəbəkəyə malik olan bir-iki valyuta dəyişmə şəbəkəsi yarana bilər. Ölkədə və bunun üçün də böyük vəsaitə və böyük investisiyalara ehtiyac var. “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən məhdudiyyətlər, limitlərin qoyulması o qədər də yaxşı bir şey deyil. İstənilən ölkədə valyuta dəyişmə ilə bağlı limitlərin olması “qara bazar”ın formalaşmasına səbəb olur. Hətta sovet vaxtı belə valyuta dəyişmə məntəqələri yox idi. Çox sərt qaydalar var idi hətta cinayət işi hesab olunurdu. Buna baxmayaraq, “qara bazar” mövcud idi. Mənim fikrimcə, indiki halda belə qərarların və addımların çox sərtləşməsi, əksinə, “qara bazar”ın yaranması üçün təhlükə yaradır ki, bu da heç də yaxşı bir şey deyil”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.