27 iyl 2023 12:52
Pakistanda musson yağışları daşqına səbəb olub.
Metbuat.az xəbər verir ki, daşqınlar səbəbindən azı 150 nəfər həlak olub, 300-ə yaxın insan isə xəsarət alıb. Ən çox ölüm halı Pəncab əyalətində qeydə alınıb. Yağışlar və daşqınlar əyalətdə onlarla evi dağıdıb və kənd təsərrüfatına ciddi zərər vurub.
Lahor və Ravalpindi şəhərlərinin bəzi rayonları su altında qalıb.