25 iyl 2023 15:02
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında bir sıra açıqlamalar verib.
Metbuat.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, o açıqlamasında Azərbaycan və Ermənistanın bir-birinə etimad etmədiyini deyib:
"Bakı danışıqlar masası arxasında heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib. Ermənistan və Azərbaycan bir-birinə etibar etmir. Bu vəziyyəti aradan qaldırmaq üçün addımlar atılmalıdır".