12 iyl 2023 12:17
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları həyat yoldaşı Ofelya Salmanova tərəfindən Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib.
Metbuat.az xəbər verir ki, muzeydən verilən məlumata görə, yeni qurulan ekspozisiyada general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb.
Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.
Qeyd edək ki, iyulun 12-də Tovuz döyüşlərinin başlanmasının üç ili tamam olur. Döyüşlərdə General-mayor Polad Həşimovla birlikdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub.