28 iyl 2023 12:40
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, mədəniyyət naziri Dövlət Komissiyasının tərkibində təmsil olunacaq.
Sənəddə qeyd edilib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dəyişiklik barədə Avropa İttifaqı tərəfinə bildiriş göndərəcək.
Xatırladaq ki, hazırda Azərbaycanın mədəniyyət naziri Adil Kərimlidir.