24 iyl 2023 15:11
Xəbər verdiyimiz kimi, bu gün Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, o, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin olunub.
Metbuat.az Xələf Xələfovun dosyesini təqdim edir.
O, 21 sentyabr 1959-cu ildə Ermənistan SSR-də Krasnoselsk rayonunun Cil kəndində anadan olub. 1977–1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müfəttiş, bölmə rəisi vəzifəsində çalışıb.
Xələf Xələfov 1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb (aspirantura), 1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ikinci katibi vəzifəsində işləyib.
1992-1997-ci illərdə Xarici İşlər Nazirliyinin Müqavilə-hüquq Şöbəsinin müdiri, Müqavilə-hüquq İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 1997-2018-ci illərdə xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.
2018-2019-cu illərdə Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində işləyib.
Prezident İlham Əliyevin 3 may 2019-cu il tarixli sərəncamı ilə yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub. O, eyni zamanda Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.
X.Xələfov 12.01.2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 17.09.2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına, 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeninə, 27.12.2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə, 09.07.2019-cu ildə İkinci dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 20.09.2019-cu ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına, 21.09.2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Alman və rus dillərini bilir.
Evlidir, iki övladı var.