24 iyl 2023 14:39
“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Metbuat.az xəbər verir ki, “atlılar” II təsnifat mərhələsində Polşanın “Rakuv” klubunu mübarizədən kənarlaşdıra bilsələr, növbəti raundda “Aris” (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcəklər.
Komanda ilk matçı evdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda gerçəkləşəcək.