19 iyl 2023 15:44
Rusiya Prezidenti Vladimir Putin BRİKS-in zirvə toplantısında iştirak etməyəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Qeyd edilib ki, Putin Cənubi Afrika Respublikasının (CAR) paytaxtı İohannesburqa getməyəcək. Onun əvəzinə nümayəndə heyətində xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.
Qeyd edək ki, Beynəlxalq Məhkəmə Vladimir Putininin həbsinə dair order verib. Rusiya Prezidenti CAR-a getsə, həbs olunacaq. Kreml isə məlumatı təkzib edib.
Xatırladaq ki, BRİKS-in sammiti avqustda keçiriləcək. BRİKS-ə üzv olan dövlətlər bunlardır – Braziliya, Rusiya, Hindistan, Çin və CAR.