22 iyl 2023 01:15
“Ukraynanın əks-hücumu nəticə verməyib”.
Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsində bildirib.
Onun sözlərinə görə, rəsmi Kiyevin Qərbdəki “kuratorları” əks-hücumun nəticə verməməsindən məyusdurlar: “Polşa Belarusun bir hissəsini qoparmaq istəyirdi”.
V.Putin bildirib ki, Ukraynanın səfərbərlik resurslar tükənir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin itkisi onminlərlədir.
Rusiya Prezidenti vurğulayıb ki, Polşa qoşunları Lavrova və ya Ukraynanın başqa ərazisinə daxil olsa, həmişəlik orada qalacaq.