METBUAT.AZ

Elm və Təhsil

Qabiliyyət imtahanlarının vaxtı

19 iyl 2023 16:11

Bakalavriat səviyyəsi üzrə Bədən tərbiyəsi və idman istiqamətinə aid 61-ci komissiyanın idman növlərinin ixtisas imtahanları 26 iyuldan etibarən keçiriləcək.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər aşağıdakı linkə daxil olaraq imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

https://eservices.dim.gov.az/qabiliyyet

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsi, buraxılış vərəqəsi, 086U formalı tibbi arayış və idman növünə müvafiq idman geyimi gətirməlidirlər. İmtahanların Bakı şəhərindəki idman obyektlərində keçirilməsi nəzərdə tutulub. İmtahan tarixləri və binaları ilə aşağıdakı qrafikdən tanış ola bilərsiniz.

Qeyd: İmtahan normativləri ilə "Abituriyent" jurnalının Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi buraxılışında və DİM-in "Youtube" səhifəsindən tanış ola bilərsiniz.


metbuat.az.