METBUAT.AZ

İdman

“Qalatasaray” braziliyalı ulduz futbolçunu heyətinə qatır -

31 iyl 2023 16:42

“Qalatasaray” transfer fəaliyyətini davam etdirir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” "Mançester Yunayted"in braziliyalı yarımmüdafiəçisi Fredlə böyük ölçüdə anlaşıb. “Sky Sports”un məlumatına görə, 30 yaşlı futbolçunun transferi yekunlaşmaq üzrədir. Bildirilir ki, "Qalatasaray" braziliyalı yarımmüdafiəçi ilə bir neçə görüş keçirib və detallar, şəxsi şərtlər razılaşdırılıb. “Qalatasaray”ın futbolçuyla hansı məvacib ətrafında razılaşdığı barədə məlumat yoxdur.

Məlumata görə, "Mançester Yunayted" də ulduz futbolçunun klubdan ayrılmasına icazə verib.


metbuat.az.