METBUAT.AZ

İdman

​“Qalatasaray” və “Fənərbaxça” Bakıya gələ bilər

25 iyl 2023 09:12

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbaxça” ilə oynanılacaq Türkiyə Superkuboku qarşılaşmasının Azərbaycanda keçirilməsi təklifinə münasibət bildirib.

Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, Okan Buruk Superkubok oyunun Azərbaycanda keçirilməsindən məmnun olacağını ifadə edib.

“Bu, bizimlə bağlı olan bir məsələ deyil, inzibati məsələdir. Əgər Azərbaycan alternativlərdən biri olsa, məmnuniyyətlə oynayacağıq. Keçən il “Qarabağ”la yoldaşlıq oyunu keçirmişik. Orada da azarkeşlərimiz var. Təbii ki, onlarla Superkubok həyəcanını yaşamaq, sevincimizi bölüşmək istərdik”, - Okan Buruk deyib.


metbuat.az.