METBUAT.AZ

İdman

"Qarabağ"dan ayrılan Qara Qarayev bu kluba keçir

24 iyl 2023 11:50

Yarımmüdafiəçi Qara Qarayev "Qarabağ"dan ayrılıb.

Metbuat.az-ın məlumatına görə, "Neftçi" futbolçunu transfer etməkdə maraqlıdır. İddia edilir ki, "Neftçi" klubu futbolçu ilə bir neçə müddətdir danışıqlar aparır. Bəzi mənbələr futbolçunun özünün də "Neftçi"yə keçməkdə maraqlı olduğunu irəli sürür.

Qeyd edək ki, Qara Qarayevin "Qarabağ"dan ayrılmasını "qol.az" saytına açıqlamasında Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl təsdiqləyib.


metbuat.az.