METBUAT.AZ

İdman

"Qarabağ"la razılaşan hücumçu klubu aldatdı,

9 iyl 2023 10:38

"Qarabağ"ın yeni transfer planı pozulub.

Metbuat.az "Sportinfo"ya istinadən bildirir ki, Konqo əsilli Belarus vətəndaşı olan Jason Eyenqa-Lokilo son anda Azərbaycana gəlməkdən imtina edib.

Bu hücumçunu "Neftçi” də heyətinə qatmaq istəyib. Hətta "ağ-qaralar" onunla ilkin razılıq da əldə edib, lakin keçid baş tutmayıb. İndi oxşar problemlə «köhlən atlılar» üzləşib. Razılaşmaya əsasən, Lokilo bu gün axşam saatlarında ölkəmizə təşrif buyurmalı idi. Onunla 3 illik müqavilə imzalanması nəzərdə tutulurdu.

Lakin Afrika kökənli sağ cinah forvardı daha yaxşı şərtlərlə başqa təklif aldığını söyləyərək, «Qarabağ»lı münasibətləri rəsmiləşdirməkdən vaz keçib.

O. karyerasına İngiltərədə "Kristal Palas"da başlayıb (2017-2020). 2018/19 mövsümündə "Loryan"a (Fransa), 2020-ci ildə "Donkaster"ə (İngiltərə) icarəyə verilib. "Donkaster" 2020-ci ildə onu birdəfəlik transfer edib. Növbəti mövsümdə Polşaya - "Qornik"ə üz tutub.

2022-ci ildə "Sparta Rotterdam"a (Niderland) keçib və hazırda müqavilə ilə bu kluba məxsusdur.

Bu ilin yanvarında Niderland klubu onu "İstanbulspor"a icarəyə verib. 24 yaşlı forvard Super Liqada 16 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

"Transfermarkt" Jason Eyenqa-Lokiloya 700 min avro qiymət qoyub.


metbuat.az.