1 iyl 2023 12:28
Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə maneəsiz şəkildə keçiblər.
Metbuat.az xəbər verir ki, videogörüntülərdə erməniəsilli şəxslərin sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçidi əksini tapıb.
Bu görüntülər bir daha təsdiq edir ki, Qarabağın erməniəsilli sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən hər iki istiqamətdə rahat keçidi üçün hər bir şərait yaradılıb və Azərbaycan tərəfindən bu proses təhlükəsiz şəkildə təşkil olunur.
Metbuat.az həmin görüntüləri təqdim edir: