METBUAT.AZ

Ölkə

​Qazaxıstanlı peşəkar psixoloq Marziya Bekaydar Azərbaycanda seçilənlərdən oldu

18 iyl 2023 16:47

Bu gün dünyada psixoloqa ciddi ehtiyac duyanların sayı günü-gündən artmaqdadır. Qazaxıstanlı psixoloq Marziya Bekaydar bu sahənin peşəkarlarındandır. Uğurları ilə adından söz etdirən gənc psixoloqloq növbəti dəfə beynəlxalq mükafatlandırma mərasimində təltif olunub.

1988-ci ildə ziyalı ailəsində dünyaya gələn Marziya Bekaydar sertifikatlı psixoloq, art-terapevt, NLP mütəxəssisidir. Peşəkar psixoloqun hədəf auditoriyası əsasən qadınlardır. O, bu günə qədər 5000-dən çox qadını özəl olaraq qəbul edib, dünyanın müxtəlif yerlərindən 100.000-dən çox qadın onun seminar, vebinar və təlimlərində iştirak edib. Onun seanslarından sonra 500-dən çox ailə boşanmaq qərarınından daşınıb.

Çoxsaylı kitabların müəllifi olan Marziya Bekaydarın əsərləri yalnız Qazaxıstanda deyil, ölkə sərhədlərindən kənarda da böyük həvəslə oxunur. Tanınmış psixoloq 2022-ci ildə Dubayda “İlin psixoloqu” seçilib.

2023-cü ildə ilk tələbələrini buraxan peşəkar psixoloqMərziyə Bekaydar, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Successful Psychologist of the Year” nominasiyasına layiq görülüb.


metbuat.az.