METBUAT.AZ

İdman

“Qəbələ” Rusiya klubu ilə heç-heçə oynadı

16 iyl 2023 00:34

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, "qırmızı-qaralar” Boludakı hazırlıq prosesinin beşinci günündə meydana çıxıb.

Təmsilçimiz Rusiyanın “Orenburq” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 bərabərliklə başa çatıb.


metbuat.az.