20 iyl 2023 16:25
Dublindəki “Kingpyn” şousunda boksçu Danielle Hemsleyin qəbələsini ədəbsiz formada qeyd etməsi müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, o, Aleksandra Daniel üzərindəki qələbədən sonra paltarını soyunaraq bədənini nümayiş etdirib. Görüntülər canlı yayımlanıb. “Kingpyn Boxing” məşhur boksçunun sevinc nümayişini bağışlamayıb və onun turnirin finalından kənarlaşdırıldığı açıqlanıb.
"Döyüşdən sonrakı hadisənin bəzi izləyiciləri narahat edə biləcəyini etiraf edirik. Çünki azarkeşlərə mümkün olan ən yaxşı boksu təqdim etməyə çalışırıq və bu hadisənin “Kingpyn”də gözlənilən standartlara cavab vermədiyini bildiririk. Yayımı izləyən hər kəsdən üzr istəyirik” – açıqlamada deyilir.