METBUAT.AZ

İqtisadiyyat

Qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları

15 iyl 2023 19:07

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 8 831,2 milyon manat təşkil edib ki, bu da proqnozdan 20,5 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,4 % çoxdur.

Metbuat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57 % təşkil edib.

Sektor üzrə daxilolmaların 58,8 %-i və yaxud 5 193,7 milyon manatı vergi daxilolmaları, 34,8 %-i və yaxud 3 075,5 milyon manatı gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,5 %-i və yaxud 393,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 %-i və yaxud 16 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 1,7 %-i və yaxud 152,1 milyon manatı isə sair gəlirlər olub.


metbuat.az.