METBUAT.AZ

Ölkə

Qiyməti ucuz, istifadəsi asan -

25 iyl 2023 09:15

Yay aylarında hər kəs üçün əlçatan olan ağcaqanad dərmanlarının insan orqanizminə təsir edib-etməməsi ilə bağlı müxtəlif fikirlər var.

Olduqca ucuz qiymətə satılan bu dərmanlar həm yandırılaraq tüstü formasında, həm də ən çox üstünlük verilən xüsusi qabda enerji şəbəkəsinə qoşularaq istifadə edilir. Bəs istifadəsi xeyli asan olan və ağcaqanadları bir göz qırpımında məhv edən bu vasitələr insan orqanizminə necə təsir göstərir?

Metbuat.az-da danışan həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, bu dərmanların sağlam insanlara elə də təsiri yoxdur:

"Yayda xüsusilə dişi ağcaqanadların insanlara hücumu onların mayalanma prosesi üçün qana bolluca ehtiyacları olduğu üçün lazımdır. Onlardan qorunmaq üçün müxtəlif vasitələr var insanlarımız da bu müxtəlif vasitələri, xüsusilə kimyəvi tərkibi olan vasitələri istifadə etməklə ağcaqanadlardan qurtulmuş olurlar. Bunların əsas təsir mexanizmləri ondan ibarətdir ki, ağcaqanadların ağciyərləri yoxdur. Yəni onların ağciyərləri olmadığı üçün karbon qazını oksigenlə əvəz eləyə bilmirlər. Yəni bunun mübadiləsi olmadığı üçün o dərmanları istər yandırdıqda, istər tüstüsündən istifadə olunduqda, istər energetik bir yerə qoşduqda ağcaqanadların tənəffüs sisteminə birbaşa təsir göstərərək onları məhv etmiş olur. İnsanlara bunun təsiri açıqcası çox da olmur, xüsusilə böyük insanlara. Çünki sağlam 18 yaşdan yuxarı insanlarımızda hər hansı bir ciddi patologiya olmur. Bu ondan irəli gəlir ki, ağciyərlərimiz daha sağlamdırlar həmin kiçik porsion təsirlər ağciyərə o qədər ciddi fəsad törədə bilmir".


Sübhan Hacıyevin sözlərinə görə, uşaqların olduğu yerdə bu dərmanlardan istifaə zamanı diqqətli olmaq lazımdır:

"Körpə uşaqlar, xüsusilə bir yaşa qədər uşaqların ağciyər həcmi çox kiçikdir yaxud da ki, xroniki ağciyər, tənəffüs yolu xəstəliyi olan insanlarda, ürək -damar xəstəliyi olan insanlarda müəyyən fəsadlar ola bilər.caqanad dərmanlarının fəsadları onlara təsir göstərə bilər. Bu dərmanların toksik təsirinin simptomları olaraq ürəkbulanma, baş ağrıları, ümumi bir halsızlıq ola bilir. Lakin insan orqanizmində ciddi bir toksikoloji hallar baş vermir".

Terapevt tövsiyə edir ki, əgər bir otaqda bu dərmanlardan istifadə olunacaqsa, həmin otaqda bir iki saat öncədən bu dərmanlar istifadə olunsun. İnsanlar xüsusilə yatarkən bu dərmanların təsiri altında qalmamış olsunlar.


metbuat.az.