21 iyl 2023 11:42
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Nyu Yorkdakı BMT binasında İslam Əməkdaşlıq Təşkilatının Səfirlər Qrupu ilə görüş keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat verib. Məlumata görə, Quterreş Səfirlər Qrupu ilə görüşündə zorakılıq və anti-İslamçı hərəkətləri pisləyib və müsəlman icması ilə həmrəy olduğunu bildirib. Bəyanatda qeyd olunub ki, Quterreş BMT-nin İnsan Hüquqları Şurasının “ayrı-seçkiliyə, düşmənçiliyə və zorakılığa gətirib çıxaran din əleyhinə nifrətlə mübarizə” qətnaməsinin icrası üçün səy göstərəcəyini vurğulayıb.
“Baş katib gərginliyi artıran, ayrı-seçkilik və radikallaşmaya səbəb olan dözümsüzlük, zorakılıq və İslam əleyhinə olan hərəkətləri qınayır” - açıqlamada deyilir