7 iyl 2023 16:48
“Real Madrid”in Ardan Gülər üçün “Fənərbaxça”ya niyə çox pul ödədiyi barədə maraqlı iddia ortaya atılıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Arda Gülər "Real Madrid"in prezidenti Florentino Pereslə telefonla danışıb. O, "Fənərbaxça"ya daha çox pul qazandırmaq istədiyini bildirib və prezidentdən məbləğin artırılmasının mümkün olub-olmadığını soruşub. Florentino Peres Ardanın istəyini qəbul edib. Qeyd edək ki, Arda Gülerin sərbəstqalma məbləği 17,5 milyon dollar olsa da, “Real” futbolçu üçün 20 milyon + 10 milyon bonus formasında ödənişi qəbul edib.
Həmçinin “Fənərbaxça” Ardanın sonrakı satışından 20 faiz əldə edəcək.