METBUAT.AZ

Gündəm

"Real" futbolçunu satır

3 iyl 2023 17:22

"Real Madrid" müdafiəçisi Ferland Mendini 25 milyon avroya Səudiyyə Ərəbistanına satmağa hazırdır.

Metbuat.az xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.

Madrid klubunun Ferlandı satmağa tələsmədiyi, təkliflərə açıq olduğu vurğulanır. Futbolçunun satınalma şərti 250 milyon avrodur.

İspaniya çempionatının son mövsümündə Mendi 18 matçda iştirak edib və bir məhsuldar ötürmə verib. Onun "Real Madrid"lə müqaviləsi 2025-ci ilə qədərdir.


metbuat.az.