METBUAT.AZ

İdman

Ronaldo bu davranışı ilə müsəlman azarkeşlərin könlünü fəth etdi -

13 iyl 2023 09:25

Bir müddət əvvəl qol vurandan sonra səcdəyə getməklə alqış toplayan Kriştiano Ronaldo bu dəfə də müsəlman azarkeşlərin diqqətini çəkib.

Metbuat.az xəbər verir ki, “Əl-Nəssr” klubu Ronaldo ilə bağlı xüsusi video paylaşıb. Klubun düşərgəsinə gələn Ronaldo, “Salamun aleykum” deyərək hamını salamlayıb. Ardınca o futbolçularla ayrı-ayrılıqda salamlaşıb. Daha sonra futbolçular məşqə başlayıblar.

Qeyd edək ki, Ronaldo “Əl-Şəbab” klubu ilə oyunda qol vurandan sonra səcdəyə getmişdi.


metbuat.az.