14 iyl 2023 12:38
Rusiyanın hərbi sənaye şirkəti “Rostec” işçilərinə ABŞ-ın texnologiya nəhəngi “Apple” tərəfindən hazırlanmış cihazlardan istifadəni qadağan edib.
Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.
"Şirkətin bütün müəssisələrində iş prosesində ABŞ istehsalçısının cihazlarından istifadəyə tam qadağa qoyulub", - “Rostec”in mətbuat xidmətindən Tass xəbər agentliyinə bildiriblər.
Qeyd edək ki, 2007-ci ildə Prezident Vladimir Putinin sərəncamı ilə yaradılan holdinq hazırda Rusiya üzrə müdafiə sektorunda 800-dən çox elmi-istehsal təşkilatını birləşdirir. Rusiyanın Federal Təhlükəsizlik Xidməti bildirmişdi ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya vətəndaşları və ölkədə çalışan xarici diplomatların istifadə etdiyi minlərlə “iPhone”da zərərli proqram quraşdırıb.