25 iyl 2023 12:28
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Moskvanın birtərəfli qaydada çıxdığı taxıl dəhlizi sazişi ilə bağlı açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, o, Ria-ya açıqlamasında deyib ki, Rusiya Qara dənizdən taxıl idxalına dair razılaşmanın davam etdirilməsi ilə bağlı tərəflərlə heç bir müzakirə aparmayıb.
Qeyd edək ki, Rusiya Qərbin öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək, sazişdən çıxıb. Moskva bəyan edib ki, Qərb Rusiyanın taxıl və gübrə ixracına dair qadağaları ləğv etsə Moskva sazişə qayıdacaq.