13 iyl 2023 12:06
Ukraynada həll edilməli olan məsələlərlə bağlı Rusiyanın mövqeyi dəyişməyib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib. O bildirib ki, sülh təşəbbüslərinin uğursuzluğuna səbəb Ukraynanın davranışlarıdır. Lavrovun sözlərinə görə, Kiyev administrasiyası istənilən sülh təşəbbüsünü birbaşa rədd edir. O həmçinin bəyan edib ki, Ukrayna böhranının həlli ilə bağlı danışıqların iyulda aparılacağı barədə məlumatlar əsassızdır.
Lavrov Rusiyanın Ukraynada həll edilməli olan məsələlərlə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb. Qərbin hərəkətləri ilə Rusiya üçün təhlükə yaratdığına diqqət çəkən Lavrov bəyan edib ki, Rusiya əlində olan bütün qaynaqlardan istifadə edərək özünü müdafiə edəcək.