20 iyl 2023 16:51
Qazaxıstan xarici işlər nazirinin müavini Almas Aydarov bildirib ki, ölkə üzərindən daşınan yüklər izlənilir və ona görə də Rusiyaya qarşı sanksiyalar onları təhdid etmir.
Metbuat.az xəbər verir ki, Aydarov Astanada mətbuat konfransında Rusiyaya verdiyi dəstək səbəbindən ABŞ-ın Qırğızıstana qarşı hazırladığı ikinci dərəcəli sanksiyaların Qazaxıstan üçün də təhlükə olub-olmaması ilə bağlı sualları cavablandırıb. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başladığı andan etibarən ölkəsi Qərblə birbaşa dialoq aparıb.
“Sanksiyalardan yayınmaq üçün heç bir xüsusi addım atmadığımızı bildirmişdik, ancaq Rusiya ilə ənənəvi iqtisadi əlaqələrimizi də davam etdirdik. Rusiyaya məhsul tədarük edərkən sanksiyaları pozmamaq üçün hər zaman Qərblə danışıq aparırıq” - Almas Aydarov deyib.