METBUAT.AZ

İdman

“Sabah” Almaniya klubu ilə qarşılaşacaq

12 iyl 2023 19:08

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, paytaxt təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gələcək.

İyulun 15-də İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xatırladaq ki, “Sabah” ilk matçında Qətər “Əl-Sədd”inə 3:1 hesabı ilə qalib gəlib.


metbuat.az.