26 iyl 2023 21:57
"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Metbuat.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Latviyada RFŞ-in qonağı olub.
Yurmala şəhərindəki "Sloka" stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 22-ci dəqiqədə Boyan Letiç, 55-ci dəqiqədə isə Davit Volkov vurub.
Beləliklə, Azərbaycan klubu avrokuboklardakı debüt matçından qalibiyyətlə ayrılıb. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq. Cütün qalibi III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə üz-üzə gələcək.