31 iyl 2023 12:13
Sabirabadda su kanalında əkiz qardaşları və qohumunu elektrik cərəyanı vuraraq öldürüb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin n mətbuat xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.