METBUAT.AZ

İdman

"Satqın" futbolçu: ​"Fənərbaxça"nın düşərgəsini özbaşına tərk etdi, "Bavariya"ya keçdi

6 iyl 2023 11:46

"Fənərbaxça"dan "Napoli"yə keçən müdafiəçi Kim Min-jae karyerasında yeni səhifə açmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, futbolçu “Bavariya” ilə razılığa gəlib. Jurnalist Fabrizio Romanonun xəbərinə görə, “Bavariya” futbolçunun 48 milyon dəyərindəki sərbəstqalma məbləğini ödəyib. Futbolçu 5 illik müqaviləyə imza atacaq. Məlumata görə, “Napoli” ilin müdafiəçisi seçilən futbolçunu satmaq istəməyib. Lakin sərbəstqalma məbləği ödənildiyinə görə, müdafiəçi klubu tərk edib.

Qeyd edək ki, "Fənərbaxça" Kim Min-jaeni 3 milyon avroya transfer etmişdi. Mövsümün başlamasına az qalmış futbolçu klubun düşərgəsini özbaşına tərk edərək, “Napoli”yə keçmişdi. “Napoli” “Fənərbaxça”ya futbolçunun 18,5 milyon dəyərindəki sərbəstqalma məbləğini ödəmişdi.


metbuat.az.