18 iyl 2023 15:32
Əgər konsittusiya islahalatları ilə bağlı referendum olacaqsa, yerli icra idarəetmədə dəyişiklik ola bilər. Əslində, bu əvvəldən gündəmə gələn məəslədir. Bir çox rayonun regional idarəetmədə birləşdirlməsi nəzərdə tutulmuşdu. Vətən müharibəsindən sonra vəziyyət daha da aktuallaşdı. Çünki Qarabağ, Şərqi zəngəzur kimi iqtisadi rayonlar yaradıldı və oraya xüsusi nümayənədlər göndərilib. Mövcud konstitusiya ilə icra hakimiyyəti və həmin insitutlar toqquşur. Ölkənin bir hissəsində ayrı sistem, digər hissəsində ayrı bir sistem düzgün deyil. Böyük ehtimal bu məsələlərdə dəyişiklik olacaq.
Düşünə bilərik ki, bu həm də Xankəndi məsələsinə də hesablanıb. Bu lap əvvəldən var idi. Rus sülhməramlların müvəqqəti yerləşdiyi ərazidə mərkəzi hakimiyyət
təmin edildikdən sonra Xankəndi və digər ərazilərə xüsusi nümayəndə təyin olunacaq. Əslində, bu lap əvvəldən var idi. Prezidentin səlhaiyyətli nümayəndəsi orada mərkəzi hakimiyyəti icra edəcək. Əgər referendum olacaqsa, ilk dəyişə biləcək məsələ budur.
Siyasi baxımdan dəyişdiriləcək vacib məsələ görünmür. Xüsusən uzun müddət söhbət gedən məsələdə Macarıstan sistemi parlament sisteminə keçid görülr.
Bu mümkündür, xüsusən siyasi islahatlar baxımında. Azərbaycanda dövlət həm də siyasi müxalifətin fəaliyyətinə xüsusi fikir verir. Onların qeydiyyata alınması, ofislə təmin edilməsinə qədər. Əslində, Qarabağ müharibəsindən sonra belə bir sistemə ehtiyac var. Propersional sistemə keçid olarsa, daxil siyasi mənzərənin plüralizm və digər məsələlər baxımından daha da zəngin edə bilər. Digər bir məsələ isə Naxçıvan Muxtar Respublikasının ləğvi məsələsi də var. Bu bir qədər uzun prosesdir. Bunun necə baş verəcəyi təkcə konstitusiya islahatları ilə həll etmək mümkün olmasa belə, böyük ehtimal muxtar vilayəti məsələsi də ləğv edilə bilər. Buna səbəblərdən biri regional idarəetmə ilə bağlı olsa da, digər səbəb isə siyasi baxımından yanaşmadır. Qarabağda yaşayan ermənilər muxtariyyət əldə etmək istəyə bilərlər. Əgər Naxçıvan Muxtar Respublikası varsa, onillər sonra erməni separatizmi baş qaldıra bilər. Azərbaycan bütün risk hesab edilə biləcək məsələləri sıradan çıxarır. Keçmiş təcrübə göstərir ki, ölkənin suverenliyinə təhdid olacaq biləcək siyasi və digər məsələlər sıradan çıxarılmalıdır.
Burada məsələ təkcə siyasi baxmından həll edilmir, böyük ehtimal həm də Zəngəzur dəhlizi açılarsa, Naxçıvana maneəsiz keçid həll edilərsə, bu ondan sonra daha da aktuallaşa bilər.
Konstitusiya islahatları bu hələki konteksdə görünür. Ölkənin siyasi idarəetməsində böyük dəyişiklik gözlənilməməlidir. Burada əsas yerli idarəeymə məsələsidir. Burada həmçinin vitse- prezidentlik insitutunun praktiki müstəvi işlənilməsi də müzakirə oluna bilər. Hazırkı konstitusiya bir çox məsələlərdə idarətemə məsələlərində toqquşur. bunlar gündəmə gətirə bilər.