METBUAT.AZ

Hadisə

Sədərək rayonunda taxıl sahəsində baş verən yanğın söndürüldü -

16 iyl 2023 11:20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Metbuat.az-a bildirilib ki, dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.


metbuat.az.