METBUAT.AZ

Ölkə

Şefa Omarova “Global Golden People Awards 2023”də laureat oldu

20 iyl 2023 16:26

Beynəlxalq təcrübəli tatarıstanlı kosmetoloq Şefa Omarova beynəlxalq arenada fərqlənənlərdən oldu. Belə ki, gənc kosmetoloq növbəti dəfə qlobal layihədə mükafat layiq görülüb.

Ali tibb təhsilini Kazan Dövlət Tibb Universitetini alan Şefa Omarova dermatovenerologiya üzrə ixtisaslaşır. O, 2020-ci ildə dermatovenerologiya və kosmetologiya üzrə Tibbi Akkreditasiyadan keçir. Allergan şirkətinin mentoru olangənc həkim artıq 30 yaşındaKazan şəhərində öz tibbi kosmetologiya klinikasını qurur. Kosmetologiya sahəsində daim yeniliklərə açıq olan kosmetoloq üzün həcminin modulyasiyası, korreksiyası, full face, full body kimi prosedurlar üzrə 10 illik təcrübəyə malikdir. İllərin təcrübəsinə malik peşəkar kosmetoloq dodaqların konturlanması üçün fərdi müəllif texnikasını işləyib hazırlayıb. Bu sahədə olan təcrübələrinin rusiyalı həmkarları ilə həmkarları ilə bölüşən ümumRusiya Beynəlxalq Konfranslarının iştirakçısıdır. Sürətli inkişaf edən dünyada kosmetologiya sahəsində baş verən yenilikləri izləmək üçün daim biliklərini təkmilləşdirir, dünyanın hər yerindən görkəmli həkimlərin ustad dərslərində iştirak edir.

Şefa Omarova, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Successful Health Entrepreneur of the Year” nominasiyasına layiq görülüb.


metbuat.az.