METBUAT.AZ

Ölkə

Şəhidin xanımı məzun oldu -

6 iyl 2023 17:13

Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova bu il məzun olub.

Metbuat.az xəbər verir ki, Aysel Kazımova bu il magistratura pilləsini başa vurub.

Qeyd edək ki, Vüsal Kamran oğlu Kazımov 17 dekabr 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. O, Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil alıb, sonra Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıb. Təhsili ilə bərabər, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışıb.

Vüsal Kazımov Vətən müharibəsi zamanı Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşanın azad edilməsi zamanı şəhid olub.

Baş leytenant Vüsal Kazımov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.

Onun İki qız övladı yadigar qalıb.

Vüsal Kazımov LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun oğludur.



metbuat.az.