5 iyl 2023 15:19
Yay aylarında çimərliyə gedərkən maksimum dərəcədə yüngül qidalara üstünlük vermək lazımdır.
Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev deyib.
“Dəniz kənarında qarpız və pendir yeyilməsi yaxşı olardı. Günəş şüasının qəbulu üçün seçilən saat intervalları önəmlidir. Çimərliyə səhər saat 11.00-a qədər və 17.00-dan sonrakı vaxtlarda gedilməsi tövsiyə olunur”, - həkim bildirib.
O qeyd edib ki, çimərliyə gedərkən orada kalorisi çox olmayan yüngül qidalara üstünlük verilməlidir:
“Tərkibi dəyişməyən qidaların qəbulu yaxşı olardı. Enerji və ya sirin içkilərin qəbulu tövsiyə olunmur. Adi maye qəbulu məsləhətdir. Dəniz kənarında qarpız və pendir yeyilməsi yaxşı olardı”.
Həkim-terapevt vurğulayıb ki, günvurma günəş şüalarının birbaşa yaratdığı simptomların əlamətidir:
“İstivurma isə bədən temperaturunun daha yüksək olmasıdır. Günvurma daha çox yay aylarında müşahidə olunur. İstivurmaya isə mövsümün istənilən dövründə rast gəlmək olar. Qeyd olunan saatlarda açıq havada olmaqla günvurmadan qorunmaq mümkün ola bilər”.