5 iyl 2023 16:29
Avropa İttifaqı məhkəməsi separatçı Kataloniya lideri Karles Puçdemonun toxunulmazlığının ləğvi ilə bağlı müraciətini rədd edib.
Metbuat.az xəbər verir ki, keçmiş Kataloniya lideri və Avropa Parlamentinin keçmiş deputatı Karles Puçdemonun toxunulmazlığının ləğvinə etiraz edərək, Avropa İttifaqı Ədalət Məhkəməsi nəzdindəki Ümumi Məhkəməyə müraciət edib. Ümumi Məhkəmə isə Puçdemonun tələbini rədd edib. "Avropa Parlamenti İspaniyanın məhkəmə orqanları ilə bağlı toxunulmazlığın müdafiəsi üçün hüquqi təsirə malik qərarlar qəbul edə bilməz", - məhkəmənin bəyanatında deyilir.