6 iyl 2023 11:36
Sertifikasiya imtahanında 0-29 bal toplayan ibtidai sinif müəllimlərinin 56 faizi Ağcabədi Pedaqoji Kollecinin məzunu olub.
Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
"Həmçinin 52 faizi Gəncə Humanitar Kollecinin, 49 faizi isə Astara Pedaqoji Texnikumunun məzunu olub", - nazir qeyd edib.