METBUAT.AZ

Sosial

​“Sosial Sahibkarlığın Əsasları” layihəsi başa çatdı -

29 iyl 2023 12:06

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İRƏLİ” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Sosial Sahibkarlığının Əsasları” layihəsi başa çatıb.

“İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, layihə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Şəbəkə” proqramı çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində “Sosial Sahibkarlığın əsasları”, “Sosial problemlərin təyin edilməsi”, “Yenilikçi ideyaların yaranması”, “Davamlı biznes modellərinin yaranması”, “Risklərin idarə olunması”, “Liderlik və komanda quruculuğu” və digər mövzular üzrə ümumilikdə 8 təlim baş tutub.

20 nəfərin iştirakı ilə reallaşan layihədə gənclər öz ideyalarını aktual sosial çağırışlara cavab verən real biznes təşəbbüslərinə çevirməyi öyrənərək, effektiv sosial təsir strategiyalarının necə yaradılması və həyata keçirilməsi ilə bağlı yeni məlumatlar əldə ediblər. Qeyd edək ki, “Sosial Sahibkarlığın Əsasları” layihəsinin əsas məqsədi gənclərə effektiv sosial sahibkar olmaq üçün lazım olan bacarıq və biliklərin aşılanmasıdır.


metbuat.az.