4 iyl 2023 17:09
Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Vaqner” muzdluların üsyanından sonra ilk dəfə danışıb.
Metbuat.az xəbər verir ki, o bildirib ki, “Vanqer”in üsyanı hərbi hissələrin hərəkətlərinə təsir etməyib və əsgərlər onlara verilən tapşırıqları cəsarətlə və fədakarlıqla yerinə yetirməyə davam ediblər. Üsyanın ölkədə sabitliyi pozmaq cəhdi və təxribatçı hərəkət olduğunu bildirən Şoyqu deyib ki, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti and içdikləri dəyərlərə və hərbi vəzifələrinə sadiq olduqları üçün belə planlar uğursuzluğa düçar olub.
“Bu təxribat qoşunların hərəkətlərinə təsir etmədi. Əsgərlər onlara tapşırılan vəzifələri yerinə yetirdilər. Onlar bunu cəsarətlə və fədakarlıqla davam etdirdilər. Onlara təşəkkür edirəm” - Sergey Şoyqu deyib.