17 iyl 2023 16:34
Təhsil Tələbə Krediti Fondu birinci kursun birinci yarımilində standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən qəbul imtahanı ballarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, fonddan bildirilib ki, tələbə qəbulu imtahanında bakalavriat səviyyəsi üzrə 250-700, magistratura səviyyəsi üzrə 50-100, subbakalavr səviyyəsi üzrə 110-300 bal aralığında toplayan namizədlər standart təhsil tələbə kreditindən faydalana bilər.
Qeyd olunub ki, bu qayda yalnız birinci kursun birinci semestri üçün keçərlidir. Sosial standart təhsil tələbə kreditində isə heç bir bal limiti yoxdur.