7 iyl 2023 12:15
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələri Azərbaycan bayrağına qarşı hörmətsizlik ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.
Ötən ayın 15-də qeydə alınan kadrlarda görülür ki, sülhməramlı kontingentinin nümayəndəsi Azərbaycan bayrağını dirəydən açaraq aşırıblar.
Məsələ ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, həmin tarixdə - 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.