6 iyl 2023 12:50
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Tarif Şurası tərəfindən beynəlxalq sistem tətbiq edilir, bu, bir sıra inkişaf etmiş ölkələrdə də tətbiq edilir.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini bildirib ki, dərman vasitələrinin Tarif Şurası tərəfindən qiymətlərinin tənzimlənməsi indiki halda ən uyğun yoldur: “Səhiyyə Nazirliyi Tarif Şurası və digər aidiyyəti qurumlarla əməkdaşlıq edir. Hazırda Tarif Şurası sağlamlıq baxımından əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətinə yenidən baxır”.