18 iyl 2023 16:54
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın taxıl sazişindən çıxmasından danışıb.
Metbuat.az xəbər verir ki, o bildirib ki, taxıl müqaviləsinin tətbiq olunduğu bölgə Kiyev rejimi tərəfindən hərbi məqsədlər üçün istifadə edilib. Peskovun sözlərinə görə, Rusiyanın iştirakı olmadan taxıl sövdələşməsini davam etdirmək cəhdləri risklərə səbəb olacaq. “Çünki taxıl dəhlizi silahlı fəaliyyətlərin aparıldığı əraziyə qədər uzanır və hətta Kiyev rejimi tərəfindən hərbi məqsədlər üçün istifadə olunur. Müvafiq təhlükəsizlik təminatları olmadan orada bu riskləri nəzərə almaq lazımdır. Biz hansı ölkənin bu risklərə nə dərəcədə hazır olduğunu deyə bilmərik”.
Kremlin sözçüsü Ukraynanın Krım körpüsünə hücum üçün taxıl dəhlizlərindən istifadə etmə ehtimalı ilə bağlı suala belə cavab verib: "Bu barədə konkret heç nə deyə bilmərəm. Ancaq bilirsiniz ki, ordumuz Ukraynanın bu taxıl dəhlizlərindən hərbi məqsədlər üçün istifadə edildiyini bəyan edib”.