1 iyl 2023 10:45
Titanik sərnişininin məktubu Uruqvayda keçirilən hərracda 12 min dollara satılıb.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “EFE” agentliyi yayıb. Məktubu 11 aprel 1912-ci il tarixində uruqvaylı Ramon Artaqveytia Qomez qardaşına yazıb. O məktubu "Titanik"in Atlantik okeanını keçməzdən əvvəl son dayanacağını etdiyi İrlandiyadan göndərib.
Qeyd edək ki, hərracda məktubu alan şəxsin adı açıqlanmayıb.