METBUAT.AZ

Ölkə

Toy karvanlarında avtoxuliqanlığa qarşı 2 çıxış yolu -

21 iyl 2023 12:50

Son zamanlar istər Bakıda, istərsə də regionlarda toy karvanlarında avoxuliqanlıq əməlləri artıb. Onları qarşı görülən cəzalandırma tədbirlərinə qarşı məhəl qoyulmur.

Metbuat.az-a danışan nəqliyyat ekspert Eldəniz Cəfərov deyir ki, bu hallar əsasən bölgələrdə müşahidə olunur. Ekspert əsas səbəbi sürücülüklə bağlı təlimlərin olmamasında görür:

"Təəssüf ki, toy karvanlarında xuliqanlıq edənlərin sayı azalmaq əvəzinə getdikcə artır xüsusən bölgələrdə belə xuliqanlıqların biz çox şahidi oluruq. Video görüntülər yayılır, ağır qəzalar də baş verir, ağır faciələryaşanır, ölüm və xəsarət halları da olur. Buna baxmayaraq yenə toy karvanlarında, xuliqanlıq edən vətəndaşların sayı artır. Qeyd edim ki, biz əgər daha dərinə baxsaq görərik ki, Azərbaycan bölgələrində sürücülük məktəbləri ya sürücülük kursları formal xarakter daşıyır. Vətəndaşlar avtomobil sürməyi bu məktəblərdə, kurslarda yox, haradasa yaxın dostlarından, tanışlarından, həyə-bacada öyrənirlər. Görünür, bölgələr paytaxtdan bir qədər kənar olduğu səbəbiylə orada nizam-intizam yaratmaq da çətinləşib".


Ekspert problemin həlli üçün 2 yol təklif edir:

"Sizə deyim ki, toy karvanlarındakı bu qəzaların avtoxuliqanlığın qarşısını almağın iki radikal yolu var. Bunlardan biri ondan ibarətdir ki, toy karvanına çıxan avtomobil sayı azaldılmalıdır. Qanunla tənzimlənməlidir ki, məsələn, toy karvanında tutaq ki, beş avtomobildən artıq avtomobil ola bilməz. Bu, radikal addımlardan biridir. İkinci, belə bir addım ondan ibarət ola bilər ki, bölgələrdə toy karvanı yola çıxmazdan öncə həmin rayonun Dövlət Yol Polisin məlumatlandırıla bilər. Düşünürəm ki, bu radikal addımları atmaqla biz bölgələrdəki toy karvanlarındakı, bu xuliqanlıqların ağır qəzaların qarşısını ala bilərik".

Xatırladaq ki, avtoxuliqanlıq halları ilə bağlı cəza tədbirləri İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə tənzimlənir. Həmçinin yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslər üçün də məsuliyyət daşıyır.

Gülər Seymurqızı


metbuat.az.