METBUAT.AZ

Ölkə

Tural Abbaslının partiyası qeydiyyata alınmadı -

27 iyl 2023 10:58

Ədliyyə Nazirliyi AĞ Partiyanın təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıq aşkarlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə partiya sədri özü məlumat yayıb.

O bildirib ki, siyasi partiyaların yenidən reyesteri üçün tələb olunan üzvlük siyahısını 10001 nəfər üzv olmaqla bu ayın 5-də tarixində Ədliyyə Nazirliyinin müvafiq şöbəsinə göndərib:

" Ədliyyə Nazirliyindən partiyamızın yenidən qeydiyyatı ilə bağlı cavab məktubu almışıq. Təqdim etdiyimiz siyahının Ədliyyə Nazirliyi tərəfindən yoxlanışının ilkin nəticələrinə görə 4435 nəfər üzvümüz qeydə alınıb. 3414 nəfər reyesterdə görünmədiyi üçün bu şəxslər barəsində məlumatlar (adı, soyadı, ata adı) tərəfimizdən dəqiqləşdiriləcək.

Tərəfimizdən dəqiqləşdirilməsinə ehtiyac olduğu daha 1424 nəfərin partiya üzvü olmadığı, 430 nəfərin məlumatlarının təkrarlandığı və s məlumatlar qeyd edilib. Bildirmək istəyirəm ki, texniki səbəblərdən reysterdə adları çıxmayan 3414 nəfər və partiyaçı olmadığı qeyd edilən 1424 nəfər işçi qrupumuz tərəfindən ən qısa zamanda araşdırılıb Ədliyyə Nazirliyinə təqdim ediləcək və əminəm ki, onların da böyük əksəriyyəti AĞ partiyaçı kimi qeydə alınacaqlar".


metbuat.az.