17 iyl 2023 17:19
“Taxıl sazişi” ətrafında yaranmış vəziyyət fonunda Türkiyə valyutası tarixi minimumu yeniləyib və 1 dollar üçün 26,31 lirə təşkil edib.
Bu barədə Metbuat.az TASS-a istinadən xəbər verir.
Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "Taxıl sazişi"nin müddətinin başa çatdığını və sənədin vaxtının uzadılmadığını deyib.