METBUAT.AZ

Dünya

“Türkiyə ilə İsveç arasında razılaşdırılmayan məsələlər var"

7 iyl 2023 16:01

“Türkiyə ilə İsveç arasında alyansa üzvlüklə bağlı hələ də razılaşdırıla bilməyən məsələlər var”.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə deyib. O bildirib ki, Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson görüşəcək. Stoltenberq bəyan edib ki, Ukraynanın NATO-ya üzvlük məsələsi də yenidən müzakirə olunacaq.Ukraynanın NATO-ya üzv olması üçün nələr ediləcəyi ətrafında danışıqlar aparılacaq.


metbuat.az.